Microneedling nədir?

Microneedling ucunda çoxlu sayda iynələri olan, başlıqnan həyata keçirilən prosedurdur. Prosedur dermopen deyilən alətlə həyata keçirilir. Prosedur dəridə olan məsamələri, çapıqları həmçinin post akne ləkəri aradan qaldırır.

Microneedling nəinki üzə, həmçinin kürəkdə olan ləkələrə, bədənin müxtəlif nahiyələrində müxtəlif dərəcəli yanıqlara təsir edir, uzanma işarələri ( striae ) .

İş prinsipi dəriyə mikro travma vermək hesabına stimuliyasiya yaradır. Dəridə yaranan mikro travma nəticəsində, kollagen sintezi artır, nəticədə dəridə liftinq effekti başlayır.

Microneedlinglə həmçinin səthi qırışları və dərinin tonusunu artırmaq mümkündür. Microneedling zamanı üz tamamilə keyləşdirilir, prosedur zamanı heç bir ağrı olmur. Prosedurdan 5 gün sonra üz tamamilə yenilənib “Baby face” dediyimiz vəziyyət yaranır, yəni dəri parlaq, hamar, məsaməsiz və ləkəsiz olur.

Paylaş

Kateqoriyalar

Sosial Media