PRP nədir?

PRP «Platelet Rich Plasma» – «Trombositlərlə zənginləşdirilmiş plazma» deməkdir. Trombositlər qanda laxtalanmada rol oynayan hüceyrə hissəcikləridir. Trombositlər yara sağalmasının ilkin bərpasını başlatır, bu təsirləri böyümə faktorları  ilə edirlər. Bu böyümə faktorlarının dərini cavanlaşdırdığı və yenilədiyi artıq elmə məlumdur. Bu səbəbdən yaşlanma əleyhinə, ləkə müalicəsi, saç tökülməsi kimi bir çox sahədə istifadə olunur.

PRP proseduru necə tətbiq olunur?

Xəstədən  az miqdarda qan alınır. Steril İxtisaslaşdırılmış dəstlərdə , sentrifuqada normal qanla müqayisədə təxminən 7-10 dəfə daha çox trombositlərlə zəngin olan plazma əldə edilir. Daha sonra pasientdən əldə edilən plazma kiçik başlıqlı iynələr vasitəsilə həmin şəxsə tətbiq edilir. Əsas tətbiq sahələri üz və baş dərisidir , eyni zamanda boyun nahiyəsinə və qollara da tətbiq olunur.

PRP hansı hallarda icra olunur?

-Dəridə parlaq və sağlam görünüş əldə etmək;

-Yaşlanma əlamətlərini gerilətmək; 

-Saç tökülməsi;

-Mövcud çapıqların və yara  izlərinin sağalması; 

-İncə qırışlar; 

-Akne (sızanaq) izləri; 

-Strialar (dəri çatları) və s. Müalicəsində

PRP prosedurunun heç bir əks təsiri yoxdur, yalnız prosedur ilk icra edildiyi zaman qızartılar yarana bilər. Bunlar adətən 1-2 gün ərzində keçib gedir. 

Bununla yanaşı PRP proseduru diz oynağı ağrılarına qarşı da istifadə olunur. PRP müalicəsi ağrı kəsici məqsədli yox, xəstəliyi müalicə etməyə istiqamətlənmiş bir üsuldur.

Diz oynağı üçün PRP proseduruna göstərişlər :

-Dizlərdə çöməlmə və ya ayağa qalxmada problem yaşanırsa,

-Dizlərdə bəzi hərəkətlər zamanı tutulma, kilidlənmə olursa,

-Diz oynaqlarında yeriyərkən, nərdivan enmə və qalxma zamanı ağrılarlar yaranırsa,

-Dizləri qatlayıb oturmaqda çətinlik çəkirsinizsə,

-Bəzən dizlər şişirsə

Paylaş

Kateqoriyalar

Sosial Media